2024-cü il yanvar ayında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana rekord 248 tona yaxın əczaçılıq məhsulları ixrac edib, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 2,5% azdır.
Deputat: "73 manatlıq əvəzinə ölkəyə 230 manatlıq dərman gətirilir"
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Avrostat) bildirr.
Hesabat dövründə idxalın həcmi dəyər ifadəsində 6,2% artaraq təxminən 13,6 milyon avro təşkil edib.
İxracın əmtəə strukturunda dərman vasitələri (əmtəə nomenklaturasının kodu - 3004) üstünlük təşkil edib, onların AI-dən Azərbaycana tədarükü say ifadəsində 0,5% azalaraq təqribən 241 tona, pul ifadəsində 5,3% azalaraq təxminən 10,1 milyon avroya çatıb.
Yanvarda Azərbaycana əczaçılıq məhsulları ixracatçılarının ilk üçlüyünə Macarıstan (2,1 milyon avro məbləğində (artım 12,1%) 66 ton (artım 29,7%), Almaniya (3,2 milyon avro məbləğində (azalma 15,9%) 64 ton (azalma 29,6%), Sloveniya (1,8 milyon avro məbləğində (azalma 20,1%) 32 ton (azalma 44,5%) daxil olub.
Yanvar ayında Aİ-dən Azərbaycana dərman vasitələrinin (əmtəə nomenklaturasının kodu - 3004) ən iri ixracatçıların üçlüyünə Almaniya (2,7 milyon avro məbləğində (artım 9,1%) 62 ton (artım 33,2%), Macarıstan (1,6 milyon avro məbləğində (azalma 15,3%) 66 ton (artım 29,2%), Sloveniya (1,8 milyon avro məbləğində (azalma 20,1%) 32 ton (azalma 44,5%) daxil olub.
Avrostatın təkrar nəzərdən kçeirilmiş məlumatına görə, 2023-cü ildə Aİ ölkələri Azərbaycana rekord 3,65 min ton əczaçılıq məhsulları ixrac edib, bu da 2022-ci illə müqayisədə 5,3% çoxdur.Hesabat dövründə idxalın həcmi dəyər ifadəsində 16,1% artaraq rekord 159,5 milyon avroya çatıb. (İnterfaks-Azərbaycan)