Səhiyyə Nazirliyinin saxlanılma xərclərinə büdcədənkənar vəsait də daxil edilib.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, nazirliyin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdiriləcək.