Azərbaycan bazarını daha bir şirkət tərk edir.
Eləcə də bax: İngiltərə şirkəti Azərbaycandan - GEDİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Pfizer H.C.P. Corporation” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv edilir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 43, mənzil 17/2 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu nümayəndəlik Azərbaycanda 2009-cu ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Dmitry Kozenkov-dur.
Pfizer H.C.P. Korporasiya Mərkəzi və Şərqi Avropa regionunda tədqiqata əsaslanan qlobal səhiyyə şirkətidir və biznes seqmentlərinə əczaçılıq, səhiyyə və xəstəxana məhsulları daxildir. Şirkət Amerikada 1989-cu ildə təsis edilib.