“Koronavirus epidemiyasının iqtisadiyyatımıza mənfi təsirləri qaçılmazdır”.
FED.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov deyib. O bildirib ki, koronavirus epidemiyasının Azərbaycan ərazisində yayılmasının qarşısını almaq üçün görülən tədbirlər çərçivəsində Prezident İlham Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahı yaradıb: “Hazırda epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var. Bəzi tibbi ləvazimatların istehsalına da başlanılıb. Operativ Qərargah sosial izolyasiya tədbirlərini elan edib.
Koronavirus pandemiyasının dünya bazarında neftin qiymətinə təsiri və ölkə iqtisadiyyatında mənfi təsirləri qaçılmazdır. Lakin Azərbaycan hökuməti dəyən zərəri azaltmaq üçün mühüm addımlar atır”.
Qafqazinfo