Koronavirus pandemiyasına görə, dünyada 120 milyon nəfər kasıblıq həddindən aşağı düşüb.
Eləcə də bax: Dünyada orta təbəqə son 30 ildə ilk dəfədir - Azalıb
FED.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterriş bildirib. Onun sözlərinə görə, koronavirus dünyada indiyədək görünməyən ağır iqtisadi böhran yaradıb. Pandemiya başlayandan bəri beynəlxalq əməkdaşlığın heç bir sahəsi gözlənilən kimi işləməyib.
Quterriş bildirib ki, koronavirus nəticəsində 3 milyon nəfər həlak olub, 120 milyon nəfər kasıblıq həddindən aşağı düşüb, 255 milyn nəfər isə iş yerlərini itirib.
BMT-nin baş katibi bildirib ki, iqtisadiyyat son 90 ildə ən ağır günlərini yaşayır.
Bir qədər əvvəl isə Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus bildirmişdi ki, dünyada koronavirusa yoluxma halları ardıcıl 7 həftədir ki, artmaqdadır. Ölüm hallarının sayı isə 4 həftədir ki, artmaqdadır.