İran koronavirusa görə yaranmış vəziyyətlə əlaqədar olaraq tibbi avadanlıq və pereparatların ixracatını qadağan edib.
Eləcə də bax: İranda koronavirusdan ölənlərin sayı - 4,5 MİNİ KEÇDİ
FED.az xəbər verir ki, bunu İranın ticarətin inkişafı təşkilatının rəhbəri, sənaye və ticarət nazirinin müavini Həmid Zadbum bildirib.
Onun sözləinrə görə, bura bir sıra tibbi məhsullar, o cümlədən maska, onun hazırlanmasında istifadə edilən parça və materiallar, virusdan müdafiə geyimlərinin ixracatı daxildir: “Bu qadağa həmin avadanlıq və məhsullara özümüzün ehtiyacı oluduğunu göstərir. Qadağa daxili bazarın tələbatı ödəməsindək qüvvədə qalacaq”.
Qeyd edək ki, aprelin 14-inə olan məlumata əsasən, İranda 74 877 nəfər koronavirusa yoluxub, 4 683 nəfər isə virusun qurbanı olub.
Report