Azərbaycan Respublikasının Nazirlər Kabineti yeni qərar qəbul edib.
“Mineral suların üzərində “müalicəvi” sözü yazılmayacaq”
FED.az xəbər verir ki, Qərar görə, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində (yeni növ qida məhsulları, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları, qida əlavələri, yem əlavələri, bioloji aktiv qida məhsullar, təbii mineral sular) nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti” təsdiq edilib.
GMO YEMLƏRİN SİYAHISI TƏSDİQ EDİLİB
Həmçinin, “Azərbaycan Respublikasının ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının siyahısı” təsdiq edilib.
Qaydalar ilə buradan tanış ola bilərsiniz.