“Satışda olan mineral suların üzərindən “müalicəvi” sözü çıxarılıb”.
4 şirkətin satdığı içməli suda - PROBLEM AŞKAR EDİLDİ - AQTA SİYAHI AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli yeni qanun layihəsinin icrası ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, yeni qanunvericiliyə əsasən, bundan sonra hər hansı mineral suyun üzərində “müalicəvi” sözü yazılmayacaq.
Q. Təhməzlinin sözlərinə görə, 17 min 560 ədəd belə məhsulun satışı dayandırılıb və dövriyyədən çıxarılıb.