Xəbər verildiyi kimi, sentyabrın 1-dənbetibarən səhiyyə sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılır.
FED.az xəbər verir ki, sentyabrın 1-dən qüvvəyə minən yeni əməkhaqqı mexanizmi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 mindən çox tibb işçisini əhatə edəcək. İslahatın diqqətçəkən məqamlarından biri yalnız əməkhaqlarının artırılması deyil, həm də ilkin səhiyyə, təcili tibbi yardım və regionlarda kadr çatışmazlığı yaşanan sahələrdə çalışan həkimlərə üstünlük verilməsidir.

Qərara əsasən, təcili tibbi yardım və təcili xidmət, eyni zamanda ailə həkimləri, yəni xəstə ilə ilk təmasda olan tibb işçilərinin əməkhaqlarında artımlar nəzərdə tutulur. Xüsusilə qərarda rayonlarda çalışan həkimlərin əməkhaqlarının artırılması çox mühüm amildir.
Bu, həkim və digər tibbi personalın regionlarda çalışmağa daha çox maraq göstərməsinə təsir etməlidir.
Şəhərlərdə xəstə sıxlığı və növbələr azalacaq, həkimlərin rahat işləməsinə şərait yaranacaq
Daha dəqiqi, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə xəstə sıxlığının və növbələrin azalmasına, həkimlərin isə xəstə kontingenti ilə daha rahat işləməsinə şərait yaradacaq. Beləliklə, həkimlərin bir gündə 80-90, hətta 100 xəstə qəbul etməsi əvəzinə, daha optimal sayda pasiyentlə işləməsi və hər bir xəstəyə daha çox vaxt ayırması mümkün olacaq.
_1788349683.jpeg)
Yeni qərarın əsas məqsədlərindən biri də həkimlərin xaricə axınının azaldilmasıdır. üz tutmasına ehtiyac azalacaq.
Xatırladaq ki, son illər, xüsusilə universiteti yeni bitirmiş gənc həkimlərin xaricə üz tutması, orada təhsillərini davam etdirdikdən sonra fəaliyyətlərini həmin ölkələrdə davam etdirməsi halları artıb. Bu isə ölkədə yüksək ixtisaslı həkim qıtlığı yaradır.
_1788349720.jpeg)
Yeni maaş artımı regionlarda kadr çatışmazlığının azalmasına imkan verəcək
Bildiyiniz kimi, bölgələrdə kadr çatışmazlığı var. Əməkhaqlarının artırılması, xüsusilə regionlarda çalışan tibb işçilər üçün - gənc həkimlərin və tibb işçilərinin bölgələrdə çalışmağa marağının yüksəlməsinə səbəb ola bilər. Bu da öz növbəsində rayon və kəndlərdə tibbi xidmətin daha əlçatan olmasına, xəstələrin daha keyfiyyətli tibbi xidmət almasına imkan verə bilər.

















