“Diqlas” Ticarət Mərkəzində malları yanan sahibkarlara ayrılan vəsaitin verilməsi qaydası hazırdır. Hazırda qaydalar təsdiqlənmə prosesindədir və bu günlərdə açıqlanacaq.
FED.az xəbər verir ki, iqtisadiyyat nazirinin birinci müavini Sahib Məmmədovun sözlərinə görə, sahibkarlarla görüş martın 31-də yekunlaşıb.
Nəticədə, bu hadisə ilə bağlı 441 sahibkarla fərdi qaydada görüş keçirilib və onlar zərərçəkən kimi tanınıb.
Eləcə də bax: "Diqlas"ın sahibkarlarına daha bir obyekt təklif olunur - TAM SİYAHI
Xatırladaq ki, sahibkarlar üçün prezidentin ehtiyat fondundan üç milyon manat vəsait ayrılıb.
Zərərçəkənlərə dəyən ziyanın ödənilməsində “Diqlas”ın sahiblərinin iştirakına gəlincə, nazir müavini bu suala cavab vermək istəmədiyini bildirib.