Azərbaycanın maliyyə təşkilatlarının müxtəlif göstəricilər üzrə renkinqlərinin dərc edilməsi layihəsi çərçivəsində FED.az ölkənin bank olmayan kredit təşkilatlarının - BOKT-ların aktivlərininin 2017/2018-ci illər üzrə dinamikası renkinqini təqdim edir.
FED.az-ın məlumatına görə, 2017-ci ilə nisbətən 2018-ci ildə ən çox artım Finoko (9,8 milyon manat) və EmbaFinans (7,6 milyon manat) BOKT-larında müşahidə olunur. Ümumiyyətlə, 45 BOKT-dan 7-nin artım dinamikası 1 milyonu keçib. 10 BOKT-un 2017-2018 aktiv dinamikasında 19,7-923 min manat arasında artım olub. 20 BOKT-un aktivlərində isə 2017-ci ilə nəzərən 2018-ci ildə azalma baş verib.
Eləcə də bax: Azərbaycanda BOKT-ların - AKTİVLƏRİNİN HƏCMİ ÜZRƏ - RENKİNQİ – SİYAHI (2018)
3 BOKT 2019-cu ildən fəaliyyətə başladığına görə, gostəriciləri mövcud deyil. 5 BOKT – “Gold Finance”, “Union Kredit”, “City Finance”, “Ekofinance” və “FinTrend” isə bu göstəricilərini gizlədir.
Aşğıdakı cədvəllərdə BOKT-ların faizlə (cədvəl 1) və məbləğlə (cədvəl 2) verilmiş 2017-2018 illər üzrə aktivlərinin dinamikası ilə tanış ola bilərsiniz.