Azərbaycanda ən çox və ən az adambaşına düşən məhsul dəyəri üzre rayonların siyahısı məlum olub.
FED.az bu barədə Dövlət Statistika Konitəsinə istinadən xəbər verir.
Komitənin ötən il üçün açıqladığı ilkin məlumatlara görə ən yüksək göstərici Bakı şəhərinin payına düşüb - 37,6 min manat.
Şuşa şəhəri 25,2 min manatla ikinci, Laçın rayonu 20,7 min manatla üçüncü olub.
Xocalı rayonu 20,6 min manatla dördüncü, Daşkəsən rayonu isə 17,6 min manata yaxın göstərici ilə beşinci pillədə qərarlaşıb.
Siyahının son dördlüyündə cənub rayonları - Yardımlı, Lerik, Astara və Masallı qərarlaşıb.