2025-ci ilin 1 oktyabr vəziyyətinə əsasən, Azərbaycan Respublikasında rayonlar və şəhərlər üzrə muzdlu işçilərin sayı açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası üzrə muzdlu işçilərin sayı cəmi 1 781 391 nəfər təşkil edib.
Renkinqə ən çox muzdlu işçi sayı ilə 986 343 nəfərlə Bakı şəhəri başçılıq edir.
İkinci yerdə 63 908 nəfərlə Sumqayıt şəhəri qərarlaşıb.
Abşeron rayonu 51 097 nəfərlə üçüncü, Gəncə şəhəri isə 43 896 nəfərlə dördüncü olub.
Digər rayonlar və şəhərlər arasında Naxçıvan şəhəri (33 319 nəfər), Lənkəran rayonu (21 328 nəfər), Şəki rayonu (19 942 nəfər), Xaçmaz rayonu (16 657 nəfər), Mingəçevir şəhəri (16 578 nəfər), Şəmkir rayonu (16 046 nəfər) yer alıb.









