Azərbaycanın regionları üzrə statistik göstəricilərin təhlili zamanı məlum olub ki, bəzi rayon və şəhərlərdə əvvəlki dövrlə müqayisədə kəskin azalmalar qeydə alınıb.
FED.az xəbər verir ki, siyahıya başçılıq edən Şirvan şəhərində faiz dərəcəsinə görə ən böyük geriləmə müşahidə edilib. Burada göstəricilər 17,5% və ya 1370 nəfər azalıb.
Azalmaya görə ikinci yerdə Şuşa rayonu qərarlaşıb. Rayon üzrə azalma 17,4% (389 nəfər) təşkil edib. İlk üçlüyü Naxçıvan MR-in Culfa rayonu tamamlayır – 16,9% (527 nəfər) azalma.
Digər rayonlara gəldikdə, Kəlbəcər rayonunda azalma 10,5% (650 nəfər), Bərdə rayonunda 8,7% (925 nəfər), Füzuli rayonunda isə 8,0% (663 nəfər) səviyyəsində olub.
Həmçinin, Zərdab və Şahbuz rayonlarının hər ikisində 7,1% azalma qeydə alınıb (müvafiq olaraq 306 və 145 nəfər). Siyahını Masallı və Neftçala rayonları tamamlayır. Masallıda azalma 6,6% (515 nəfər), Neftçalada isə 6,1% (295 nəfər) olub.










