Azərbaycanda fəaliyyət göstərən “M Bulak” Bank Olmayan Kredit Təşkilatının (BOKT) direktoru, Qırğızıstan vətəndaşı olan Altun Şakirova vəzifəsindən azad edilib.
FED.AZ xəbər verir ki, onun yerinə hələlik rəsmi şəkildə təsdiq edilməyən, əvvəllər “İnternational BOKT” ASC-nin filial müdiri olmuş Elvin Məmmədov təyin edilib.
Qeyd edək ki, Altun Şakirova bu vəzifəyə 2021-ci ilin fevral ayında, əvvəlki direktor Ernest Uraimovun istefasından sonra təyin edilmişdi. Şirkətin rəhbərlik tarixində müxtəlif dövrlərdə Vüsal Qaragözov və Nadir Ağamedov kimi şəxslər də direktor vəzifəsini icra ediblər.
Xatırldaq ki, “M Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə "Mol Bulak" adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 10,408 milyon manatdır. BOKT-nin təsisçisi Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkətidir.





![“Mbulak” BOKT-un Qırğızıstanlı direktoru Altun Şakirova vəzifəsindən azad edildi, yerinə bu şəxs gətirildi – [red]FOTO [/red] | FED.az](/upload/news/small/2218466.jpeg)
![“Mbulak” BOKT-un Qırğızıstanlı direktoru Altun Şakirova vəzifəsindən azad edildi, yerinə bu şəxs gətirildi – [red]FOTO [/red] | FED.az](/upload/news/small/4737811.jpeg)







