Xəbər verildiyi kimi, Maliyyə Nazirliyi uzun müddətli fasilədən sonra yenidən uzunmüddətli istiqraz bazarına qayıdır.
FED,az-ın məlumatına görə, sentyabrın 8-də Maliyyə Nazirliyinin 1080 günlük və ya 3 illik dövlət istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Hərracda hər birinin qiyməti 100 manat olan 2 milyon ədəd istiqraz satışa çıxarılacaq. İstiqrazlanın illik gəlirliyi bazar üzrə orta göstəricilərdən aşağıdır - 7%, faizlər hər 6 aydan bir ödəniləcək.
Belə ki, faiz ödənişləri ödənişlər 2027-ci il 8 mart, 2027-ci il 8 sentyabr, 2028-ci il 8 mart, 2028-ci il 8 sentyabr, 2029-cu il 8 mart, 2029-cu il 8 sentyabr tarixlərində olacaq.
İstiqrazın əsas məbləği isə 2029-cu ilin 2 sentyabrında həyata keçiriləcək.
Nazirlikdən bildirilib ki, hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bu dəfə hərraca 200 milyon manatlıq istiqraz çıxarılsa da, nazirlik elan edib ki, hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda, emitent tərəfindən təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər, yəni əlavə daha 200 milyon manat cəlb edilə bilər.













