Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mənzil seçimində təhlükəsizlik tədbirlərini gücləndirib.
MİDA Lənkəran, Şirvan və Yevlaxda 535 güzəştli mənzilin satışına başlayıb
FED.az xəbər verir ki, bunu Agentliyin Aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün satışa çıxarılmış mənzillərin böyük hissəsini artıq vətəndaşlar seçib: "Daha öncə biz seçim prosesini real vaxt rejimində sizinlə birlikdə izləmişik.
Eyni zamanda, sistemdə tətbiq edilən yeniliklər və tərəfimizdən görülən təhlükəsizlik tədbirləri barədə sizə məlumat verilib. Bu təhlükəsizlik tədbirlərinin əsas məqsədi hər bir vətəndaş üçün bərabər seçim şəraitinin yaradılması, şəffaflığın və operativliyin, təbii ki, seçim prosesinin tam təhlükəsiz formatda keçirilməsinin təmin olunmasıdır". (Report)












