Cari ilin yanvar-mart aylarında “Troni” QSC investisiya şirkətinin birja dövriyyəsi 125 milyon 766 min manat olub.
Birjadakı əməliyyat sayı dinamikası üzrə investisiya şirkətlərinin - RENKİNQİ - (YANVAR-MART/2026)
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, şirkətin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 24 milyon 79 min manat, yaxud da 16,1% azalıb.
2025-ci ilin birinci rübündə şirkətin birja dövriyyəsi 149 milyon 846 min manat olmuşdu.
Qeyd edək ki, hesabat dövründə“Troni” QSC də daxil olmaqla 7 investisiya şirkətinin birja dövriyyəsində azalma müşahidə olunub.














