“Kredit Servis” bank olmayan kredit təşkilatı (BOKT) MMC yenidən nizamnamə kapitalını azaltdığını elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, BOKT-un nizamnamə kapitalı 250,7 min manat azaldılır. Bununla da, şirkətin nizamnamə kapitalı 782 min 234 manata düşür. Bu da, Azərbaycan Mərkəzi Bankının BOKT-lar qarşısında qoyduğu minimum bir milyon manat kapital tələbindən aşağı düşməsi deməkdir.
Qeyd edək ki, ötən ay da BOKT-un nizamnamə kapitalı azaldılmış – 1 milyon 282 min 934 manatdan 1 milyon 32 min 934 manata endirilmişdi. Yəni 250 min manat azalma olmuşdu.
Xatırladaq ki, kredit təşkilatı ötən ili 203 min 17 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ilə nəzərən 138 min 938 manat və ya 3,2 dəfə çoxdur. 2024-cü ildə BOKT-un mənfəəti 64 min 85 manat idi.
Məlumat üçün bildirək ki, "Kredit Servis" BOKT 2011-ci ildə VÖEN alıb. Şirkətin qanuni təmsilçisi Süleymanov Teymur Şəkərəli oğlu, hüquqi ünvanı Bak manatdan ı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev, ev.26, məhəllə 1956-1989 m.9 ünvanıdır.












