Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) inkişaf etmiş ölkələrdə kotirovka olunan səhmlər üzrə portfelinin cari dəyəri bu ilin ilk yarısında 18 milyard ABŞ dollarına çatıb.
Neft Fondu «Google»un səhmlərinə - 466 MİLYON DOLLAR YATIRIB
FED.az xəbər verir ki, bu barədə Fonddan bildirilib. Məlumata görə, 2025-ci ilin sonunda portfelin cari dəyəri 16,5 milyard dollar olub. Beləliklə, 2026-cı ilin ilk yarısında portfelin cari dəyəri 1,5 milyard dollar və ya 9,1% artıb.
30 iyun 2026-cı il tarixinə ARDNF-nin bu istiqamətdə investisiya etdiyi vəsait 7,1 milyard dollar təşkil edib. Portfelin yarandığı tarixdən əldə olunan gəlir isə 10,9 milyard dollara çatıb və gəlirlilik 370% olub.
Müqayisə üçün, 2025-ci ilin sonunda əldə olunan gəlir 9,4 milyard dollar, gəlirlilik isə 330% təşkil edirdi. Bu baxımdan, ilin ilk yarısında yığılmış gəlir 1,5 milyard dollar və ya təxminən 16% artıb.
Qeyd edək ki, ARDNF səhm investisiyalarında əsasən passiv idarəetmə strategiyasından istifadə edir və “MSCI World” indeksini izləyir. İndeks 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1 283 şirkətin səhmlərini əhatə edir. (Apa)












