Azərbaycanın aparıcı maliyyə-kredit təşkilatlarından olan BOKT "İnternational" ASC Bakı şəhərində açılacaq filiallarına yeni vakansiyalar elan edib.
FED.AZ xəbər verir ki, BOKT-un yeni filiallarına regional menecer, filial müdiri, qrup rəhbəri və kredit mütəxəssisi axtarılır.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
E-poçtun “Mövzu” bölməsində müraciət edilən vəzifənin adı qeyd olunmalıdır.
Qeyd: CV-də fotoşəkilin olması mütləqdir.
BOKT haqqında: Azərbaycan maliyyə bazarında 10 ildən çox fəaliyyət göstərən BOKT "İnternational" ASC müştərilərə yüksək səviyyədə maliyyə xidmətləri təklif edir. 2013-cü ildən etibarən bazarın aparıcı BOKT-ları sıralarına qoşulan BOKT "İnternational" ASC təminatlı və təminatsız kreditlər üzrə ixtisaslaşaraq əsas göstəriciləri üzrə bazar iştirakçıları sırasında TOP-5 də yer alıb. 10 milyon manat nizamnamə kapitlına malik olan təşkilat Sahibkarlığın İnkişafı Fondunun (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) müvəkil kredit təşkilatları siyahısındadır. Həmçinin Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvüdür. Hazırda 40-a yaxın filialda 400-dən çox əməkdaşın çalışdığı təşkilat bazarın etibarlı maliyyə tərəfdaşlarından biridir.












