“Baku Electronics” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında bildirilir.
Məlumata əsasən, “Baku Electronics” MMC-nin vergi borcu 18 721.78 manatdır.
Xatırladaq ki, “Baku Electronics” elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Şirkət 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 16 746 300 manatdır və qanuni təmsilçisi Saeid Nakhjavanidir. (Banker)












