Bəzi işçilərinin dövlət qulluqçusu statusu - LƏĞV EDİLİR – FƏRMAN
Azərbaycanda Əqli Mülkiyyət Agentliyinin bəzi əməkdaşlarının dövlət qulluqçusu statusu ləğv ediləcək.
FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin avqustun 25-də imzaladığı “Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərmanında əksini tapıb. Fərmanda digər məsələlərlə yanaşı, Nazirlər Kabinetinə tapşırılır ki Əqli Mülkiyyət Agentliyinin bir sıra əməkdaşlarının dövlət qulluqçusu statusunun ləğvi ilə bağlı zəruri tədbirlər görsün.
Qeyd edək ki, fərmana əsasən, dəyişiklik Əqli Mülkiyyət Agentliyinin bütün işçilərinə aid deyil. Söhbət Agentlikdə “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərən (hüquqi hərəkətləri həyata keçirən) əməkdaşlarından gedir.












