“Kredaqro” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 6,646 milyon manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: Azərbaycan BOKT-ları 2019-u belə başa vurdu - Mənfəət-Zərər - SİYAHI, MƏBLƏĞLƏR
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 29,8 dəfə çoxdur.
Ötən il “Kredaqro”nun vergiyəqədərki mənfəəti 6,65 milyon manat (əvvəlki ilə nisbətən 29,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 4 min manat (4 dəfə çox) təşkil edib.
Eləcə də bax: Azərbaycanda BOKT-ların - AKTİVLƏRİNİN HƏCMİ ÜZRƏ - RENKİNQİ – SİYAHI (2019)
Bu il yanvarın 1-nə “Kredaqro”nun aktivləri 12,376 milyon manat olub ki, bu da illik müqayisədə 54,9% çoxdur. Bunun 6,675 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 71,3% böyüyüb.
Hesabat dövründə “Kredaqro”nun öhdəlikləri 28,7% azalaraq 4,761 milyon manata düşüb, balans kapitalı isə 5,8 dəfə artaraq 7,616 milyon manata çatıb. (Renkinq)