FED.az xəbər verir ki, «KredAqro Bank Olmayan Kredit Təşkilatı» MMC Ağdaş və Zaqatala rayonlarında kollektor vəzifəsinə işçi axtarır.
İş barədə məlumat
• Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
• Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
• Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
• Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
• Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Namizədə tələblər
• İş yeri: Ağdaş və Zaqatala şəhəri;
• Ali təhsil;
• Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
• Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Riyaziyyat, iqtisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər;
• Etibarlı sürücülük vəsiqəsi;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Müştərilərlə davranış etikası.
Şəhər - Bakı
Yaş - 25 - 35 yaş
Cins - Fərqi yoxdur
Təhsil - Ali
İş təcrübəsi - 1 ildən 3 ilə qədər
Elanın bitmə tarixi - 13.10.2019
Əlaqədar şəxs - HR
E-mail - [email protected]
Kateqoriya - Kredit mütəxəsisi
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor) qeyd etməklə göndərmələri xahiş olunur.