Azərbaycanda fəaliyyət göstərən BOKT-un rəhbəri dəyişib.
Eləcə də bax: AMB-nin yeni lisenziya verdiyi - BOKT-un RƏHBƏRİ DƏYİŞDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Azər Şahmərdanov Vaqif oğlu “Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsindən istefa verib.
Onun yerinə Rövşən Rüstəmov Yusif oğlu təyin edilib.
BOKT-un rəhbəri 3 ay öncə dəyişmişdi. Belə ki, Azər Şahmərdanova qədər kredit təşkilatına Valeh Rüstəmov Vəli oğlu rəhbərlik edirdi.
Xatırladaq ki, “Viza Kredit BOKT” MMC 2011-ci ildə yaradılıb və həmin il Mərkəzi Bank tərəfindən lisenziya əldə edib. Hazırda 1 470 000 manat nizamnamə kapitalın 88.1%-i Ceyhun Mehdizadə və 11.9%-i isə Yaşar Məmmədov adlı fiziki şəxslərə məxsusdur.
BOKT 2020-ci ili 131 min manat zərərlə başa vurub. Bu il yanvarın 1-nə “Viza Kredit”in aktivləri 292 min manat olub ki, bu da illik müqayisədə 65% azdır. Bunun 195 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 73% kiçilib.