“Finca Azerbaijan” Bank Olmayan Kredit Təşkilatının marketinq departamentinə yeni direktor təyin edilib.
FED.az xəbər verir ki, marketinq departamentinin direktoru vəzifəsinə marketinq və ictimaiyyətlə əlaqələr sahəsində 10 ildən çox təcrübəsi olan Ləman Səfərli təyin edilib.
L.Səfərli artıq bu gündən etibarən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, L.Səfərli 2012-ci ildə Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi alıb. Daha sonra təsilini xaricdə davam etdirən L.Səfərli 2010-cu ildə “Oslo Yay Məktəbi”ni, 2014-cü ildə Masaryk University (Çexiya) təkmilləşdirmə təhsili, daha sonra isə Böyük Britaniyanın tanınmış “University of Roehampton”da MBA dərəcəsini uğurla bitirib.
Əmək faəliyyətinə 2011ci ildən başlayan L.Səfərli indiyədək bir çox tanınmış şirkətlərdə marketinq funksiyası üzrə rəhbər və məsul vəzifələrdə çalışıb. O, yeni təyinatından əvvəl “Xalq Sığorta” şirkətinin marketinq şöbəsinin müdiri olub. Eyni zamanda əmək fəaliyyəti dövründə İcbari Sığorta Bürosunda PR menecer - Mətbuat katibi, “RAM Holding”in tərkibində fəaliyyət göstərən “Prior Leasing” ASC-də Marketinq üzrə şöbə rəhbəri vəzifələrində çalışıb.
FED.AZ komandası adından Ləman xanıma yeni işində uğurlar arzulayırıq