«Finans İnvest» bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ilin yekunlarnı açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, «Finans İnvest» BOKT növbəti ili zərərlə başa vuraraq ötən il 111 min manat xalis zərər edib.
«BOKT İnternetional» hesabatın böyük hissəsini gizlətdi – YARIMÇIQ HESABAT
«Caspian İnvest» sürətlə geriləyir – ZƏRƏRİ 6 DƏFƏ ARTIB - HESABAT
21 günlük müddətə 20 manat kredit verən «AZPUL» – BÖYÜK PULLAR QAZANMAĞA BAŞLAYIB - HESABAT
Qurban Əsgərovun BOKT-u ümidsiz kreditlərin hesabına - 1,3 MİLYON MANAT QAZANIB – HESABAT
İllik 48%-lə kredit verən «Azərbaycan Mikro-Kredit BOKT»un zərəri artır - KAPİTALI «ƏRİMƏYƏ» BAŞLAYIB - HESABAT
“Azmikroinvest BOKT" mənfəətdən zərərə keçib – KAPİTALINDAN «YEMƏYƏ» BAŞLAYIB - HESABAT
«Qohum» şirkətindən faizsiz borc alan «City Finance BOKT»un - VƏZİYYƏTİ MƏLUM OLDU
İllik 7-12,5%-lə vəsait cəlb edib - biznesə 27-44%-lə kredit verən - «FİNCA-AZERBAYJAN»IN VƏZİYYƏTİ MƏLUM OLDU
FED.az xəbər verir ki, 2022-c ildə şirkətin faiz gəlirləri 68,5 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 26 milyon manat və ya 27% azdır. İl ərzində şirkətin faiz xərcləri cəmi 2 335 manat təşkil edib.
Nəticə BOKT-un xalis faiz gəlirləri 66 min manat olub və son bir ildə 24,5 min manat və ya 27% azalıb.
Haqq və komissiya gəlir xərclərini və digər gəlirləri nəzərə alanda 2022-ci ildə «Finans İnvest»in xalis qeyri-faiz gəlirləri təxminən 29 min manat, yaxud aşağı düşərək 70 min manata yaxın olub.
“Finans-İnvest” BOKT-un əməliyyat xərcləri isə 181 min manat olub. Şirkət 2021-ci ildə də zərərlə işləyirdi – amma ötən il zərər 80 min manat olmuşdu.
«Finans-İnvest» BOKT 2022-ci ildə kiçilməyə davam edib – şirkətin aktivləri 1 milyon 510 min manat olub. Bu rəqəm də 2021-ci ilə nisbətən təxminən 235 min manat, və ya 13,5% azalıb.
BOKT-un əsas gəlir mənbəyi olan kredit portfeli də 17% azalaraq 1 milyon 252 min manata düşüb. Şirkətin öhdəlikləri 394,5 min manat təşkil edib ki, bu da illik müqayisədə 116 min manata yaxın, yaxud 23% azalma deməkdir.
«Finans-İnvest»in kapitalında da azalma qeydə alınıb. Belə ki, 2022-ci ildə şirkətin kapitalı 1 milyon 116 min manat təşkil edib. Bu da illik fərqlə 119 min manat, və ya 10% azalma deməkdir.
Xatırladaq ki, “Finans İnvest” BOKT 2017-ci ildə dövlət qeydiyyatına alınıb. BOKT-un nizamnamə kapitalı 300 min manatdır, sonradan səhmdarlar ona 1 milyon 376 min manat əlavə kapital qoyublar. Amma ardıcıl zərərlə işləməsi bu kaiital əritməkdədir. Belə ki, "Finans İnvest" MMC BOKT 2017-ci ildə 80 min manat, 2018-ci ildə 112 min manat, 2019-cu ildə 185 min manat, 2020-ci ildə 130 min manat, 2021-ci ildə isə 80 min manat zərər edib.