Azərbaycanın bank olmayan kredit təşkilatlarından olan «BOKT İnternetional» QSC 2022-ci ilin nəticələrini açıqlayıb.
«Caspian İnvest» sürətlə geriləyir – ZƏRƏRİ 6 DƏFƏ ARTIB - HESABAT
“Azəri Star Mikromaliyyə” BOKT-un gəlirləri sürətlə azalır, zərərlə işləyir və kiçilməkdədir - HESABAT
21 günlük müddətə 20 manat kredit verən «AZPUL» – BÖYÜK PULLAR QAZANMAĞA BAŞLAYIB - HESABAT
Qurban Əsgərovun BOKT-u ümidsiz kreditlərin hesabına - 1,3 MİLYON MANAT QAZANIB – HESABAT
İllik 48%-lə kredit verən «Azərbaycan Mikro-Kredit BOKT»un zərəri artır - KAPİTALI «ƏRİMƏYƏ» BAŞLAYIB - HESABAT
“Azmikroinvest BOKT" mənfəətdən zərərə keçib – KAPİTALINDAN «YEMƏYƏ» BAŞLAYIB - HESABAT
«Qohum» şirkətindən faizsiz borc alan «City Finance BOKT»un - VƏZİYYƏTİ MƏLUM OLDU
İllik 7-12,5%-lə vəsait cəlb edib - biznesə 27-44%-lə kredit verən - «FİNCA-AZERBAYJAN»IN VƏZİYYƏTİ MƏLUM OLDU
FED.az xəbər verir ki, BOKT müstəqil auditor tərəfindən hazırlanan illik hesabatının böyük hissəsini ictimaiyyətdən gizlədib.
Açıqlanan hissəyə əsasən 2022-ci ildə «BOKT İnternetional»ın faiz gəlirləri 11 milyon 542 min manat, faiz xərcləri 2 milyon 854 min manat təşkil edib.
Bundan başqa, BOKT ehtimal olunan maliyyə zərərlərinin qarşılanması üçün 892 min manat ayırıb. 2022-ci ildə BOKT əmək haqlarına 3 milyon 210 min manat xərcləyib, inzibati və ümumi xərclər isə 2 milyon 775 min manat olub. Nəticədə şirkət ili 1 milyon 530 min manat xalis mənfəətlə tamamlayıb. Ötən il bu göstərici təqribən 4 dəfə az olmuşdu.
2022-ci ilin nəticələrəniə görə, «BOKT İnternetional» QSC-nin aktivləri 28,9 milyon manat təşkil edib, bunun 24,6 milyon manatı təşkilatın kredit portfelidir.
Qeyd edək ki, BOKT bir il ərzində 24,6 milyon manat kredit portfelindən 11,5 milyon manat faiz gəliri götürüb.
2022-ci ildə BOKT istiqraz buraxmaqla bu öhdəliklərini 15 milyon maata çatdırıb, cəlb olunan vəsaitlər hesabına kreit verilib.
Ümumilikdə «BOKT İnternetional»ın öhdəlikləri milyon manat artıb. Şirkətin cəmi kapitalı isə 6 milyon 47 min manat olub.
Yuxarıda qeyd edildiyi kimi, «BOKT İnternetional» QSC-nin illik hesabatı yarımçıq açıqlanıb, onun böyük bir hissəsi ictimaiyyətdən gizlədilib. Baxpmayaraq ki, hesabatın bütün hissələrinin onun ayrılmaz hissəsi olması auditor tərəfindən qeyd edilib. Görünür, maliyyə bazarlarının tənzimləyicisi olan Azərbaycan Mərkəzi Bankı BOKT-ların fəaliyyətinin və hesabatlılığının bu istiqamətinə diqqəti artırmalıdır.