“Azmikroinvest BOKT" MMC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, 2022-ci ildə şirkətin xalis faiz gəlirləri 40% azalaraq 297 min manatdan 178 min manata düşüb.
«TCF BOKT» yarımçıq hesabat açıqladı - MƏNFƏƏTİ 3 DƏFƏ AZALIB – HESABAT
İllik 48%-lə kredit verən «Azərbaycan Mikro-Kredit BOKT»un zərəri artır - KAPİTALI «ƏRİMƏYƏ» BAŞLAYIB - HESABAT
İllik 7-12,5%-lə vəsait cəlb edib - biznesə 27-44%-lə kredit verən - «FİNCA-AZERBAYJAN»IN VƏZİYYƏTİ MƏLUM OLDU
«Qohum» şirkətindən faizsiz borc alan «City Finance BOKT»un - VƏZİYYƏTİ MƏLUM OLDU
Üstəlik BOKT kreditlərin dəyərsizləşməsi riskinə görə də daha 23 min manat ayırıb.
Nəticədə qurumun xalis faiz gəliri 155 min manata düşüb – 2021-dən 2 dəfə az.
Daha 6 min manat isə qeyri-faiz gəliri kimi daxil olub və ümumi gəliri 160 min manata qaldırıb.
Amma BOKT-un xərcləri bundan artıq olub. “Azmikroinvest BOKT" MMC ötən il qənaət etməyə çalışıb və xərclərini 209 min manatdan 2022-ci ildə 175 min manata endirsə də, gəlirlər bunu bağlamayıb.
Nəticədə “Azmikroinvest BOKT" MMC 3 min manat da mənfəət vergisi ödənişindən sonra 2022-ci ili 12 min manat zərərlə bitirib. Halbuki, 2021-c ildə şirkət mənəfətlə işləyirdi – 101 min manat.
BOKT-un bu vəziyyətinin dövlət büdcəsinə də xeyri olmayıb – ötənil ödənilən 22 min manat mənfəət vergisi 3 min manata düşüb.
2022-ci ildə «Azmikroinvest BOKT» şirkətinin aktivləri 8,6%, yaxud 149 min manata yaxın azalaraq 1 milyon 585 min manat təşkil edib.
BOKT-un kredit portfeli təxminən 860 min manat təşkil edir. Bu göstərici son bir ildə 28% yaxud 334 min manat azalıb.
Hesabatdan belə çıxır ki, «Azmikroinvest BOKT» vəsaitlərini yerləşdirməkdə – kredit verməkdə çətinlik çəkir. Belə ki, 2022-ci ildə BOKT-un istifadəsiz qalan pul vəsaitləri 200 min manat və ya 50%-ə yaxın artaraq 400 min manatdan 600 min manata yüksəlib.
Şirkətin öhdəlikləri isə cüzidir – cəmi 27 min manata düşüb.
«Azmikroinvest BOKT» yalnız öz vəsaitləri, səhmdarların kapitala yatırdığı vəsaitlərlə işləyən azsaylı BOKT-lardandır.
2022-ci ildə «Azmikroinvest BOKT » şirkətinin kapitalı 142 min manat və ya 8,4% azalıb və 1 milyon 559 min manata düşüb. Bir tərəfdən şirkətin nizamnamə kapitalı 50 min manat azaldılaraq 1 milyon 650 min manata düşüb. Üstəlik indiyədək yığılan 91 min manatlıq zərər də kapitalı «yeməyə» başlayıb.