İllik 7-12,5%-lə vəsait cəlb edib - biznesə 27-44%-lə kredit verən - «FİNCA-AZERBAYJAN»IN VƏZİYYƏTİ MƏLUM OLDU
Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından biri «Finca Azerbaijan» BOKT 2022-ci il üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, 2022-ci ildə şirkətin verdiyi kreitlər üzrə faiz gəlirləri əvvəlki illə müqayisədə təqribət 4 milyon manat artaraq 11,85 milyon manat təşkil edib.
Faiz xərcləri isə 2,5 dəfə artaraq 2,5 milyon manat olub, əvvəlki il bu məbləğ 999 min manat olmuşdu.
Qeyd edək ki, «Finca»nın 31 milyon manat yaxın borcu var – bu vəsaitlər borc və ya istiqaz buraxılma forması ilə cəlğb cəlb edilib. 2021-ci ildə borcların məbləği 17 milyon manat yaxın idi, 2022-ci ildə isə borclar 82%-ə yaxın artıb.
Borcların artması «Finca»nın borc və istiqraz sahiblərinə ödədiyi faiz xərclərini də artırıb – faiz xərclərinin 1 milyondan 2,5 milyon manata qalxması bununla bağlıdır.
2022-ci ildə «Finca Azerbaijan» zərərlər üçün yaratdığı 3,5 milyon manat vəsaiti geri qaytarıb. Nəticədə şirkətin illik xalis faiz gəliri 12,,9 milyon manat olub.
2022-ci ildə BOKT-un ümumi xərcləri 9,4 milyon manat, mənfəət vergisindən əvvəlki mənfəəti 3,5 milyon manat olub.
235 min manat mənfəət vergisi ödənişindən sonra «Finca Azerbaijan» 3 milyon 267 min manat xalis mənfəət əldə edib. Bu 2021-ci ildəki mənfəətdən təqribən 600 min manat artıqdır.
2022-ci ildə «Finca Azerbaijan» cəlb etdiyi 14 milyon manata yaxın vəsaitlər hesabına öhdəlikelərini və aktivlərini artırıb – aktivlər 35,9 milyon manatdan 50,1 milyon manta yüksəlib.
BOKT-un «çörək ağacı» - kredit portfeli 16 milyon manat artaraq 19 milyondan 44,9 milyon manata yüksəlib. Pul vəsaitlərində isə təqribən 40% azalma olub – 4 milyondan 2,5 milyon manata enib.
BOKT-un öhdəlikləri yuxarıda qeyd edildiyi kimi, kəskin artıb – «Finca» ötən il 7,4 milyon manat borc və 6 milyon manatlıq istiqraz cəlb edib.
Yeri gəlmişkən, «Finca Azerbaijan» istiqrazları illik 12,5%-lə cəlb edir. Bundan başqa, BOKT «Finja Micro Finance Holdinq Compfny» şirkətindən illik 7%-lə 1,7 milyon manat kredit cəlb edib.
Bununla yanaşı, «Finca Azerbaijan»ın kredit faizləri yüksəkdir – şirkətin elan etdiyi şərtlərə görə biznes kreditlərinin illik faiz dərəcəsi 23-34%, real dərəcə, yəni FİFD isə 27-44% arasında dəyişir.
«Finca Azerbaijan»ın kapitalı isə 2022-ci ildə təqribən 800 min manat artaraq 16,2 milyon manata yüksəlib.