Azərbaycanda bir neçə il əvvəl yaradılmış və tam gücü ilə yenicə işə düşməyə başlayan «Azkredit BOKT» ASC 2022-ci ilin nəticələrini açıqlayıb.
Azərbaycanda BOKT-dan pay almaq çətinləşəcək - NƏZARƏT ARTIR - YENİ QAYDA
“İnkişaf üçün Maliyyə” BOKT sürətlə böyüyür – MƏNFƏƏTİ 4 DƏFƏ ARTIB - HESABAT
TƏCİLİ: Mərkəzi Bank iki BOKT-nin lisenziyasını - LƏĞV ETDİ
İllik 48%-lə kredit verən «Azərbaycan Mikro-Kredit BOKT»un zərəri artır - KAPİTALI «ƏRİMƏYƏ» BAŞLAYIB - HESABAT
«Qohum» şirkətindən faizsiz borc alan «City Finance BOKT»un - VƏZİYYƏTİ MƏLUM OLDU
FED.az xəbər verir ki, «Azkredit BOKT»u digər BOKT-lardan fərqləndirən cəhətlərdən biri odur ki, BOKT ənənəvi kreditləşmə ilə yanaşı, başqa qurumların ümidsiz kreditlərini geri toplamaqla da məşğuldur.
Yeni fəaliyyətə başlayan BOKT 2021-ci ildə ciddi kreditləşməyə başlayıb və əlində olan pul vəsaitlərini 2022-ci ildə kreditlərə yönəldib.
Nəticədə 2021-ci ildə BOKT-un kredit portfeli cəmi 130 min manat olduğu halda 2022-ci ildə bu rəqəm 7 dəfə artaraq 971 min manata yüksəlib.
Yeri gəlmişkən, 2023-cü ildə «Azkredit»in kreditlərinin daha da artacağı gözlənilir – 2022-ci ilin sonunda BOKT istiqraz bazarına da baş vurub və 500 min manat cəlb edib.
«Azkredit» illik 8%-lə cəlb edilən vəsaitləri əhaliyə illik 23-29%-lə verəcək. İstiqrazların faiz dərəcəsinin aşağı olması (bazarda BOKT istiqrazları üzrə orta gəlirlilik 10-12% ətrafındadır) göstərir ki, istiqrazları alıcısı BOKT-a yaxın şəxsdir.
Kredit portfelinin artması özünü şirkətin gəlirlərində göstərib - 2022-ci ildə il şirkət ayırdığı kreditlərdən 109 min manat faiz gəliri əldə edib. Bu 2021-ci ildən 13 dəfə artıqdır – həmin vaxt faiz gəliri cəmi 8 min manat olmuşdu.
Amma bu 109 min manat «Azkredit» BOKT-un fəaliyyətini təmni etmək üçün kifayət etməyib. Əvvəla bu vəsaitin 16 min manatı ehtiyata ayrılıb və xalis faiz gəlirləri 92 min manata düşüb.
Şirkətin inzibati xərcləri də 14% artıb və 2021-ci ildəki 1 milyon 230 min manata qarşı 2022-ci ildə 1 milyon 402 min manata yüksəlib. O cümlədən əmək haqqı xərcləri 827 min manatdan 969 min manata yüksəlib (17% artım).
Belə böyük xərclərin olan «Azkredit» ikinci fəaliyyət sahəsi – borcları yığmaq hesabına mənfəətə çıxa bilib.
Məsələ bundadır ki, 2019-cu ildən fəaliyyətini dayandıran və iflas prosesində olan «Vijn Fond Azərkredit» BOKĞT MMC-nin ümidsiz borcları «Azkredit»ə keçib və sonuncu indi bu borcları yığmaqla məşğuldur. Müşahidələr göstərir ki, hazırda «Azkredit»in əsas gəlirləri də borcları yığma fəaliyyətindən formalaşır.
Belə ki, BOKT 2022-ci ildə bu sahədən 2 milyon 960 min manat qazanıb – həmin vəsait hesabatda «Digər gəlirlər» kimi göstərilir.
Nəticədə böyük inzibati xərclərə baxmayaraq, şirkət 1 milyon 650 min manat əməliyyat mənfəətinə çıxıb, 330 mni manatlıq vergi ödənişindin sonra isə xalis mənfəəti 1 milyon 320 min manat təşkil edib.
Eyni vəziyyət 2-ci ildir davam edir - «Azkredit» 2021-ci ildə də böyük inzibati xərclərini kredit yığımından gəlirlərlə (2 milyon 886 min manat) bağlamış və onun hesabına mənfəətə çıxmışdı – 1,33 milyon manat.
2022-ci ildə «Azkredit» BOKT-un aktivləri təqribən 100 min manat azalaraq 1980 min manatdan 1880 min manata enib baxmayaraq ki, aktivlərin faydalı hissəsi – kredit portfeli 7 dəfə böyüyüb.
Şirkətin öhdəlikləri 325 min manat, cəmi kapitalı isə 1 milyon 555 min manat olub. Bunun 300 min manatı nizamnamə kapitalı, 1255 min manat isə bölüşdürülməmiş mənfətdir.
«Azkredit» BOKT-un sahibi Qurban Əsgərovdur – şirkətin hər birinin qiyməti 100 manat olan 3 min səhminin hamısı ona məxsusdur.