Ölkənin ən kiçik maliyyə təşkilatlarından olan «Caspian İnvest» BOKT 2022-ci ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən il kiçilməkdə davam edib, zərəri isə kəskin artıb.
Azərbaycan BOKT-ları 2022-ci iki belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – TAM SİYAHI
Şirkətin hesabatına əsasən, 2022-ci ildə «Caspian İnvest» BOKT-un faiz gəlirləri cəmi 45,3 min manat olub, üstəlik bu ötən illə müqayisədə 1,3 min manat və ya 2,7 min manat da azdır.
Şirkətin faiz xərcləri isə 3 dəfəya yaxın azalaraq 1 451 manat təşkil edib. Nəticədə «Caspian İnvest» BOKT-un xalis faiz gəliri 44 min manata yaxın olub, bu əvvəlki ildən 1,7 min manat və ya təqribən 4% artıqdır.
2022-ci ildə «Caspian İnvest» BOKT demək olar ki, qeyri-faiz gəliri əldə etməyib – halbuki, bir il əvvəl şirkət 32,2 min manat haqq və komissiya gəliri əldə etmişdi. Başqa sözlə BOKT-un il ərzində bütün gəlirləri 44 min manatlıq faiz gəliri olub.
BOKT-un əməliyyat xərcləri isə 106 min manatdan çox olub, bu da illik müqayisədə 21 min manat, yaxud 24% artıqdır.
Nəticədə «Caspian İnvest» BOKT ili 62 min manatdan artıq zərərlə tamamlayıb. Bu 2021-ci illə müqayisədə təqribən 6 dəfə, daha dəqiqi 5,6 dəfə artıqdır. Xatırladaq ki, şirkət ötən ili də zərərlə başa vurmaşdu, amma onda ərər daha az idi – 11,1 min manat
“Caspian İnvest” BOKT-un aktivləri 2022-ci ildə 486 min manat olub. Bu rəqəm də 2021-ci ilə nisbətən təxminən 117 min manat, başqa sözlə 19% azalıb.
BOKT-un əsas gəlir mənbəyi olan kredit portfeli 336 min manata yaxın olub. Kredit portfeli də son bir ildə 125 min manatdan çox və ya 27% azalıb.
Şirkətin öhdəlikləri 111,2 min manat təşkil edib ki, bu da illik müqayisədə 54 min manata yaxınazalma deməkdir. Məsələn 2022-ci ilin sonunda «Caspian İnvest» BOKT-un maliyyə sektrou qarşında olan öhdəlikləri 104 min manata enib, bir il əvvəl bu rəqəm 121 min manat idi.
Baş verənlər “Caspian İnvest”in capital göstəricilərini də «laxladıb». Belə ki, 2022-ci ildə şirkətin kapitalı 375 min manat təşkil edib ki, bu da əvvəlki ildən 63 min manat azdır.
Şirkətin səhmdarları buraya nizamnamə kapitalı olaraq 300 min manat yatırıb sonradan 410 min manat da əlavə edibər. Amma indiyədək toplanan 273 min manat zərər, üstəlik sonuncu ilin 62 min manatdıq zərəri təsirini göstərib.