«Azərbaycan Mikro-Kredit BOKT» MMC 2022-ci il üzrə hesabatını açıqlayıb.
FED.az hesabata istinadən xəbər verir ki, ötən il BOKT-un xalis faiz gəlirləri 2,9 dəfə, yəni 635 min artaraq 974 min manata yaxın olub.
«Qohum» şirkətindən faizsiz borc alan «City Finance BOKT»un - VƏZİYYƏTİ MƏLUM OLDU
Faiz xərcləri isə 6,5 dəfə artaraq 511 manata olub, əvvəlki il bu məbləğ 79 min manat olmuşdu.
2022-ci ildə «Azərbaycan Mikro-Kredit BOKT»un haqq və komissiya gəlirlərində təqribən 10 dəfə artım olub və 111 min manata yüksəlib.
Ötən il BOKT-un inzibati və əməliyyat xərcləri kəskin artıb - 1 milyon 628 manat və ya əvvəlki ildən 2,4 dəfə artıq.
Nəticədə şirkətin mənfəət vergisindən əvvəlki zərəri 413,6 min manat olub.
86 min manat mənfəət vergisi əvəzləşdirməsindən sonra «Azərbaycan Mikro Kredit» BOKT 2022-ci ilin 328 min manat xalis zərərlə tamamlayıb.
Bu 2021-ci ildəki zərərdən də yüksəkdir – BOKT 2021-ci ildə 207 min manat zərər etmişdi.
2022-ci ildə «Azərbaycan» BOKT-un aktivləri 8 milyon 508 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisə də 3,7 dəfə, 6 milyon 56 min manat çoxdur
BOKT-un «çörək ağacı» - kredit portfeli 4 milyon 983 min manat, başqa sözlə 3,6 dəfə artaraq 6 milyon 888 min manata yüksəlib. Pul vəsaitlərində isə təqribən 59,5%, yəni 50 min manata yaxın artım olub – təxminən 133 min manat təşkil edib.
BOKT-un öhdəlikləri də kəskin artıb – 6,6 dəfə, yaxud 6 milyon 284 min manat artımla 7 milyon 398 min manat olub.
Borc alınmış vəsaitlərin həcmi isə 11,6 dəfə, başqa sözlə 6 milyon 65 min manat artımla 6 milyon 637 min manata çatıb.
Yeri gəlmişkən, «Azərbaycan Mikro Kredit» BOKT vəsaitləri hansı faizlə cəlb etdiyini açıqlamır - amma kredit faizləri olduqca yüksəkdir.
Belə ki, şirkət istehlak kreditlərini 16-29%-lə (üstəgəl 2-5% komissiya), aqrar sahəyə kreditləri 32-48%-lə (üstəgəl 2-5% komissiya), mikro kreditləri 32-48%-lə (üstəgəl 2-5% komissiya) verir.
Hətta qızıl təminatı ilə verilən lombard krediti də illik 30-48%-lə (üstəgəl 2-5% komissiya) ilə ayrılır.
Nəticədə qəribə də olsa, aqrar sahədə çalışanlar BOKT-dan aqrar kredit götürməkdənsə istehlak krediti alsalar daha yaxşıdır.
«Azərbaycan Mikro Kredit» BOKT-un avtomobil krediti də yüksək faizlədir - mikro kreditlərdə olduğu kimi, illik 32-48% (üstəgəl 2-5% komissiya).
Yeri gəlmişkən, kredit faizlərinin yüksək olması faiz gəlirlərində də özünü göstərir – BOKT cəmi 6,9 milyon manatlıq kredit portfeli ilə il ərzində təqribən 1,5 milyon manat faiz gəliri əldə edə bilib.
«Azərbaycan Mikro Kredit» BOKT-un kapitalı isə 2022-ci ildə təqribən 17% yəni 228 min manata yaxın azalaraq 1 milyon 110 min manata düşüb.
Ümumiyyətlə, «Azərbaycan Mikro Kredit» BOKT yaradılanda onun səhmdarı - Elmar Məmmədov buraya nizamnamə kapitalı formasında 2 milyon 54 min manat yatırıb.
Amma ötən illərdə yaranan zərərlər nəticəsində BOKT-un kapitalı «əriməyə» başlayıb və hələ 2021-ci ilin sonunda 1 milyon 337 min manata düşüb.
Səhmdar BOKT-un gücləndirmək üçün 2022-ci ildə nizamnamə kapitalına buraya cəmi 100 min manat da əlavə edib, amma 2022-ci ildəki 328 min manatlıq zərər bu artımı da əridib və nəticədə şirkətin cəmi kapitalı 1 milyon 110 min manata enib. Hazırda «Azərbaycan Mikro Kredit» BOKT-un bölüşdürülməyən zərəri 1 milyon 43 min manatı keçib.
Xatırladaq ki, «Azərbaycan Mikro Kredit» BOKT-un sahibi Elmar Məmmədov Məmməd oğludur, o buraya 2 milyon 54 min manat, ötən il isə daha 100 min manat yatırıb.
Camiyyatin müşahida şurasrrun üzvlari Əliyev Ələkbər, Nazim oğlu, Əliyev Vidadi Cavad oğlu, Cabrayılov Hacat Cahangir oğlu və qanuni təmsilçisi Nəcəfov Yaşar Nəcəf oğlu olub.