“Azəri Star Kredit” BOKT 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, ötən il BOKT kiçilib, gəlirləri azalıb və zərərlə işləyib.
2022-ci ildə “Azəri Star Kredit” BOKT-un faiz gəlirləri 2021-ci illə müqayisədə 40%-dən çox azalaraq 15,5 min manat olub. Şirkətin faiz xərcləri olmadığına görə. bu həm də xalis faiz gəliri olub.
Hesabat dövründə BOKT-un inzibati xərcləri 47 min manat olub – bu 2021-ciildən təqribən 3 min manat azdır. “Azəri Star Kredit” azsaylı BOKT-lardandır ki, onun xarici valyuta üzrə zərərləri var – 2021-ci ildə bu rəqəm 27 min manat idi, 2022-ci ildə isə “Azəri Star Kredit” xarici valyuta üzrə 22 min manat zərər edib.
Nəticədə ilin sonuna şirkətin 54,3 min manat zərəri formalaşıb və “Azəri Star Kredit” BOKT 2022-ci ili bu həcmdə zərərlə başa vurub. 2021-ci illə müqayisədə BOKT-un zərəri 5 min manat artıb- əvvəlki il 49 min manat zərər olmuşdu.
2022-ci ilin sonuna “Azəri Star Kredit” BOKT-un aktivləri 251 min manat olub. Bu da 2021-ci illə 35 min manat yaxud 12,4% azdır.
Aktivlərin 219 min manatını müştərilərə verilmiş kreditlər təşkil edir – bu göstərici də 51 min manatdan çox (19%) azalıb.
Nağd pul vəsaitlərinin həcmi 6 min manat, binalar və avadanlıqlar üzrə 10 min manat, digər aktivlərin həcmi 15 min manatdan çox olub.
“Azəri Star Kredit” BOKT öhdəlikləri dəyişməyərək 5 min manata yaxın olub.
2022-ci ildə “Azəri Star Kredit” BOKT-un kapitalı 246 min manat təşkil edib. Bu da 2021-ci illə müqayisədə 35 min manat, başqa sözlə 12,6% azdır.
BOKT-un kapitalının azalması bir neçə səbəblə bağlıdır – əvvəla şirkətin nizamnamə kapitalı azalıb – 2021-ci ildəki 851 min manatdan 2022-ci ildə 610 min manata düşüb.
Əvəzində səhmdarlar 260 min manatlıq kapital ehtiyatları yaradıblar. Amma ardıcıl baş verən zərərlər nəticəsində BOKT-un 624 min manat zərəri toplanıb və bu məbləğ kapitalın 246 in manata enməsinə səbəb olub.