İşğaldan azad olunan Qarabağda fəaliyyət göstərmək üçün müxtəlif iş adamları və şirkətlərdən 1900 müraciət daxil olub.
Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi tikəcək
FED.az xəbər verir ki, bu sözləri KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda deyib.
O bildirib ki, müraciət edənlərdən 503-ü xarici şirkətlərdir.
“İşğaldan azad edilən ərazilərdə əsasən tikinti, kənd təsərrüfatı, turizm, dağ-mədən sahələri prioritet təşkil edirlər. KOBİA Tacikistandan gələn şirkətlər üçün treninq kursları keçə, onları yerli bazarla və qanunvericiliklə yaxından tanış edə bilər”, - deyə O.Məmmədov vurğulayıb. (Azərtac)