Qarabağın reinteqrasiyası nəticəsində Azərbaycanda ÜDM 3% artacaq.
FED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
“Qarabağın reinteqrasiyası da iqtisadi artımda əhəmiyyətli rol oynayacaq. İİTKM-də aparılan hesablamalar göstərir ki, Qarabağın reinteqrasiyası nəticəsində ÜDM 3% artacaq”, - deyə o, Mərkəzin mətbuat xidmətinə müsahibəsində bildirib.
V.Qasımlının sözlərinə görə, eyni zamanda, kənd təsərrüfatı 10,4%, mədənçıxarma sənayesi 5,3%, emal sənayesi 4,3%, turizm 5,5%, nəqliyyat xidmətləri 4,9% artacaq.
İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in 3,4% artacağını proqnozlaşdırır.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti qarşısında 2021-2030-cu illərdə ÜDM-i iki dəfə artırmaq vəzifəsi durur. (İnterfaks)