Prezident İlham Əliyev Şuşa şəhəri ilə bağlı yeni sərəncamlar imzalayıb.
FED.az xəbər verir ki, bu sərəncamlar Şuşadakı mərkəzi xəstəxana və tele-radio stansiyasına aiddir.
Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncama əsasən Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.
Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncama əsasən Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ilkin olaraq 200 min manat ayrılıb.