İğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi məqsədi ilə növbəti il üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb.
Mənzil alarkən ƏDV-nin bir hissəsi geri qaytarılır - ŞƏRTLƏR, QAYDALAR
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Belə ki, böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə,
mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası
və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2024-cü ilin dövlət büdcəsindən
4000,0 milyon manat vəsait nəzərdə tutulub.