Cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaiti 5 milyard manatı ödəcək.
Azərbaycan I yarımildə Qarabağa 2 milyard manata yaxın vəsait yönəldib
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi bildirir.
Məlumata görə, bütövlükdə yaradılmış 3,8 milyard manat məbləğində maliyyə resurslarının 1085,8 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5085,8 milyon manata çatdırılması nəzərdə tutulub.