“Keçən il Azərbaycanda 19,2 milyard kubmetr qaz istehsal edilib”.
FED.az xəbər verir ki, bunu bu gün baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirib.
N.Məmmədov deyib ki, Sumqayıt Kimya Parkında karbamid zavodu fəaliyyətə başlayıb: “Bu zavodda ildə 650 min ton məhsul istehsal ediləcək. Bu zavodun məhsullarının xarici ölkələrə satışından hər il 160 milyon dollar gəlir əldə edilməsi gözlənilir. Türkiyədəki “Star” zavodu isə ölkəyə ilk 5 ildə hər il 850 milyon dollardan çox gəlir gətirəcək”.
Eləcə də bax: Azərbaycan və İran sərhəd-keçid məntəqələrindəki problemləri aradan qaldırır