Neftçalada «Made in Azerbaijan» brendi ilə avtomobil istehsal edən «Khazar» Avtomobil Zavodu 2018-ci ilin sonuna kimi qarşısına qoyduğu məqsədi tam yerinə yetirib. Bu barədə FED.az-a zavoddan bildirilib. Belə ki, ötən il zavodda mindən artıq avtomobil istehsal olunub. Bu avtomobillərin 95%-i, yəni 950-si satılıb. Zavoddan bildirilib ki, «Xəzər» avtomobillərini təkcə dövlət qurumları deyil, vətəndaşlar da alır.
Azərbaycan istehsalı olan bu avtomobilərin alışının 40 faizi dövlət qrumlarının payına düşübsə, onun 60 faizi vətəndaşlar tərəfindən alınıb.
Eləcə də bax: Azərbaycanda «Pejo» və «Reno» avtomobillərin – İSTEHSALI BAŞLANIR