Prezidentin təsdiq etdiyi "Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun və bu Qanunun tətbiqinə dair Fərmandan irəli gələn məsələlərlə əlaqədar dekabrın 25-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilib.
FED.az xəbər verir ki, sosial sığorta hesabatlarının 1 yanvar 2019-cu ildən etibarən hansı orqana təqdim olunması ilə bağlı sualı Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov cavablandırıb: " Vergi Məcəlləsi və "Sosial Sığorta haqqında" Azərbaycan Respublikası Qanuna edilən dəyişikliklərə əsasən, Vergi Məcəlləsin müvafiq maddələri məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunacaq. Artıq növbəti ilin əvvəlindən etibarən 2018-ci ilin 4-cü rüb hesabatları və 2019-ci ildən başlayaraq rüblər üzrə sosial sığorta haqqı və işsizlikdən sığorta hesabatları vergi orqanlarına təqdim olunacaq. Hesabatların qəbulu ilə yanaşı yığım funksiyası Vergilər Nazirliyinə verilib. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri də Vergilər Nazirliyi tərəfindən təmin olunacaq. Bununla bağlı bütün təşkilat işlər o cümlədən sığortaedənlər üzrə şəxsi vərəqənin yaradılması kimi işlər başa catmaq üzrədir. Fərdi uçot bağlı fəaliyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək." (Mks.az)
Eləcə də bax: “1000 manat gəlirə görə 50 manat vergi ödəniləcək”
DSMF-ə təqdim edilən hesabatların taleyi məlum oldu - RƏSMİ
17:27
25 Dek 2018