Bu ilin yanvar-may aylarında Azərbaycanda 12 milyon 353,09 min dollar dəyərində 468 ədəd elektromobil idxalı qeydə alınıb. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13 milyon 408,84 min dollar (52 faiz azalma) və 299 ədəd (39 faiz azalma) azalma deməkdir.
Qlobal elektromobil satışları iyunda 2 milyona çatıb
FED.az xəbər verir ki, həmin dövrdə ölkəyə 52 milyon 661,86 min dollarlıq 2462 ədəd hibrid avtomobil idxal olunub. Bu da 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə müvafiq olaraq 101 milyon 722,6 min dollar (65,9 faiz azalma) və 5255 ədəd (68,1 faiz azalma) azdır.
Həmçinin 6318 ədəd “plug-in” hibrid avtomobili idxal edilib ki, bu da illik müqayisədə 4391 ədəd və ya 41 faiz azalma deməkdir. İdxal edilən “plug-in” hibrid avtomobillərinin statistik dəyəri isə 82 milyon 148,11 min dollar və ya 36,9 faiz azalaraq 140 milyon 776,7 min dollar təşkil edib.

















