Yaxın Şərqdəki müharibə artıq çoxdandır ki, qlobal iqtisadiyyata mənfi təsir göstərməkdə davam edir. İnflyasiya səviyyəsi və istehlak mallarının qiyməti artır.
FED.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) hazırladığı yeni hesabatda cari il üzrə qlobal inflyasiya ilə bağlı proqnozunu 4,7 faizə, 2027-ci ilə dair isə 3,2 faizdən 3,4 faizə yüksəldib. Dünya bazarında neft qiymətləri 89-95 dollar arasında dəyişsə onda ABŞ-də praktiki olaraq aviabiletlərdən tutmuş ərzaq mallarına qədər hər şeyin qiyməti artacaq.
BVF-nin hesabatında o qeyd olunub ki, 2026-cı ilin ikinci yarısında yaxın Şərqdə iqtisadi artım 0,7, Avropada 1,1 faiz artacaq, bu da potensialdan çox aşağıdır. Yanacağın qiymətinin artması isə bütün sahələrdə qiymət artımına səbəb olur ki, bu da müəssisələrin xərclərini azaltmasına və ümumi iqtisadi inkişafın ləngiməsinə gətirib çıxarır.
Lakin Körfəz müharibəsindən qazanan trans milli korporasiyalar da var. “Financial Times”a görə, cari ilin ikinci rübündə ABŞ-nin “ExxonMobil” şirkətinin xalis gəliri 15 milyard dollar, “Chevron”un isə 9,7 milyard dollar olub. Bu şirkətlərin gəlirlərinin artmasının əsas mənbəyi dünya bazarında xam neft qiymətlərinin bahalaşmasıdır. Hazırda ABŞ-də benzin, dizel və kerosinin qiyməti artıb ki, bu da əhali arasında narazılıq yaradıb. Məsələ Konqresdə də müzakirə olunub. Lakin hələlik problemin həllinin sonu görünmür.
ABŞ-də baş verən iqtisadi proseslərin dünya iqtisadiyyatına təsirini nəzərə alsaq deyə bilərik ki, Körfəz müharibəsi başa çatmayınca və Hörmüz boğazı açılmayınca qlobal iqtisadiyyatda inflyasiya davam edəcək.















