Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Gold Gənclik” və “Şərq Bazarı” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Laçın Ticarət Mərkəzində qızıl satanlar - DÖVLƏT QURUMUNA DƏVƏT OLUNDU
Agentlikdən FED.az-a bildirilib ki, görüş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsi sahəsində qanunvericiliyin tələblərinin izah edilməsi, dövlət əyar nəzarəti sisteminin tətbiqi ilə bağlı sahibkarların maarifləndirilməsi, habelə sözügedən sahədə yaranan praktiki məsələlər ətrafında fikir mübadiləsinin aparılması məqsədilə keçirilib.
Tədbirdə iştirakçılara qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsini tənzimləyən qanunvericiliyin tələbləri, əyarlama xidməti, dövlət əyar nəzarətinin həyata keçirilməsi qaydaları, habelə sahibkarların hüquq və vəzifələri barədə məlumat təqdim edilib. Eyni zamanda, əyarlama fəaliyyəti ilə bağlı dövlət rüsumlarının tətbiqi qaydaları və ödəniş mexanizmləri izah olunub, əyar damğası olmadan qiymətli metal məmulatlarının dövriyyəsinə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri barədə iştirakçılar məlumatlandırılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.

















