Azərbaycanda 12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin təşkilinə yarım milyon manatdan artıq vəsait xərclənəcək.
FED.az biznes və maliyyə xəbərlər i portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki “Əsaslı Tikinti və Təchizat” MMC (VÖEN: 1703544251) sərgi keçirilməsi üzrə tender elan edib.
Tender çərçivəsində 12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin təşkili xidmətlərinin satın alınması nəzərdə tutulur. Tenderin ilkin ehtimal olunan qiyməti 540 min 618 min manat təşki edir.
Tenderdə iştirak haqqı 450 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Emin Əkbərov - Baş mütəxəssis / [email protected] /
+994 12 565 01 47
Şərtlərə görə, iddiaçılar təkliflərini 5 avqust 11:00-a qədər Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 84 ünvanına təqdim edə bilərlər.















