ADY Express
Avto-daşımalar üzrə şöbə rəisi
Son tarix 13 avq 2026 - [email protected]
Əsas vəzifələr:
- Avtomobil daşımaları istiqamətinin kommersiya fəaliyyətinin idarə olunması və inkişaf etdirilməsi;
- Yeni müştərilərin cəlb edilməsi, və müştəri münasibətlərinin inkişaf etdirilməsi;
- Daşımalar üzrə satış strategiyasının hazırlanması və icrasının təmin edilməsi;
- Bazarın təhlili, yeni biznes imkanlarının müəyyən edilməsi və həyata keçirilməsi;
- Daşıyıcılar, agentlər və digər tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
- Kommersiya təkliflərinin hazırlanması, tarif və qiymət siyasətinin formalaşdırılması;
- Şöbənin satış planlarının və maliyyə göstəricilərinin yerinə yetirilməsinin təmin edilməsi;
- Şöbə əməkdaşlarının fəaliyyətinin idarə olunması, performans göstəricilərinin müəyyən edilməsi və nəzarəti;
- Rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi.
Tələblər:
- Ali təhsil
- İş stajı: 5 il (Logistika, ekspedisiya və ya beynəlxalq yükdaşımaları sahəsində)
- Dil biliyi: Rus, ingilis
- Rəqəmsal bacarıqlar: MS Office
Şəxsi keyfiyyətlər:
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
- Liderlik və idarəetmə bacarıqları;
- Nəticəyönümlülük və təşəbbüskarlıq;
- Analitik düşüncə və qərarvermə bacarığı;
- Məsuliyyətlilik və yüksək təşkilatçılıq qabiliyyəti;
- Müştəri bazasının inkişafı və satışların artırılması üzrə uğurlu təcrübə.
İş qrafiki:
- 5 günlük
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza
Əlavə üstünlüklərimiz:
- Könüllü tibbi sığorta;
- Nahar ilə təmin edilmə;
- Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı
Tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
















