2026-cı ilin 1-ci rübündə Azərbaycanda bank kartları ilə ölkə daxilində baş verən fırıldaqçılıq hallarının sayı 4 min 995-ə çatıb.
DİN-dən xəbərdarlıq: Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fırıldaqçılıq hallarının sayı ötən ilin sonuncu rübü ilə müqayisədə 47,51% artıb.
Bununla yanaşı, ölkə xaricində fırıldaqçılıq hallarının sayı 10,68% artaraq 6 min 20-ə çatıb.
Məlumata görə, ölkə daxilində fırıldaqçılıq hallarının məbləği ötən ilin sonuncu rübünə nəzərən 24,25% azalaraq 1 milyon 783 min manatdan 1 milyon 350 min manata düşüb. Ölkə xaricində fırıldaqçılıq hallarının məbləği 12,17% azalaraq 370,4 min manatdan 325,3 min manata düşüb.















