Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Evfemiya" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.9. maddəsinə əsasən protokol tərtib edib.
Dövlət Agentliyi bu il “Bazarstore”u iki dəfə cərimələyib – Məhsulu qiymətindən baha satırmış
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci və 16-cı maddələrini pozub.
Belə ki, MMC dərman istehlakçıya təqdim olunan satış qəbzinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib. Bu o deməkdir ki, şirkət satılan malın qəbzinə qanunsuz bəndlər yazaraq müştərinin dövlət tərəfindən qorunan hüquqlarını əlindən almağa çalışır.
Qeyd edək ki, şirkətlər ən çox “Satılan mal geri qaytarılmır və ya dəyişdirilmır", "Endirimli və ya kampaniyada olan mallar dəyişdirilmir", "Məhsulda qüsur çıxarsa, şirkət məsuliyyət daşımır", "Kassa çeki olmadan şikayətlərə baxılmır" kimi iddialarla müştəriləri aldatmağa çalışırlar.
Məlumat üçün bildirək ki, Evfemiya MMC Azərbaycanda "Karaca" mağazalarının rəsmi distribütoru kimi fəaliyyət göstərir.
Onu da vurğulayaq ki, İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə, fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1 500 – 2 000 manat, hüquqi şəxslər 4 000 – 6 000 manat məbləğdə cərimə edilir.















